Uzun müddət ekrana baxanda əsas problem göz yorğunluğudur. Buna digital göz yorğunluğu deyilir.
Nələr baş verir?
▪️ Göz qırpma sayı azalır → quru göz yaranır
▪️ Göz əzələləri uzun müddət gərgin qalır → bulanıq görmə
▪️ Baş ağrısı, gözlərdə yanma, batma hissi
▪️ Boyun və çiyin ağrıları
Vacib məqam:
📌 Ekran gözün quruluşunu sıradan çıxarmır, amma mövcud miopiya, astiqmatizm və quru gözü daha da üzə çıxara bilər.
Necə qoruyaq?
✔️ 20-20-20 qaydasına əməl edin
✔️ Ekranı göz səviyyəsindən bir az aşağıda saxlayın
✔️ Süni göz yaşı (həkim məsləhəti ilə)
✔️ Gecə rejimi və düzgün işıqlandırma
👁️🗨️ Gözlər ağrıyırsa, qızarırsa və ya tez-tez bulanıq görürsünüzsə — bu artıq siqnaldır. Oftalmoloqa müraciət edin.