Fizioterapiya xəstəliklərin fiziki təsir vasitəsilə müalicəsinin metodlar toplusudur: elektrik cərəyanı, maqnit şüası, istilik, ultrasəs və s. Fizioterapevtik prosedurlar keçirilmiş xəstəlikdən sonra sağalma mərhələsinin sürətləndirilməsi və normal həyat proseslərinin bərpası məqsədi ilə keçirilir. Bundan əlavə, fizioterapiya xroniki xəstəliklərin kəskinləşmə hallarının azalmasına təşviq edir. Aysmed klinikasında fizioterapevtik müalicə uşaqlar və böyüklər üçün iki fizioterapevtik şöbədə aparılır. Fizioterapevtin müayinəsi üçün göndəriş müalicə həkimi (terapevt və ya pediatr) tərəfindən verilir və pasientin yaşından, səhhətinin vəziyyətindən və yanaşı xəstəliklərin mövcudluğundan asılı olaraq fizioterapevtik müalicənin individual planı tərtib olunur. Aysmed klinikasında fizioterapevtik proseduraların aşağıda qeyd olunan spektrı təqdim olunur:
- Maqnitoterapiya – aşağıtezlikli maqnit sahəsi təsiri yolu ilə müxtəlif xəstəliklərin müalicəsi;
- Fonoforez– ultrasəs vasitəsi ilə zədələnməmiş dəri üzərindən bədən toxumalarına dərman vasitələrinin yeridilməsi Elektroforez (ionoforez) - çoxsaylı xəstəliklərin müalicəsi üçün istifadə olunan ən yayılmış fizioterapevtik prosedurlardan biridir. Prosedur yüksəktezlikli cərəyan (qalvanik) istifadəsi ilə zədələnməmiş dəri üzərindən dərman vasitələrinin yeridilməsini nəzərdə tutur.
- Elektrostimulyasiya (TENS-terapiya) – metod əzələlərin və sinirlərin elektrik stimulyasiyasına əsaslanır. Zədələnmiş sinirlərin və əzələlərin yığılma funksiyasının bərpası üçün istifadə edilir. İnfraqırmızı şüalanma təməlində elektromaqnit şüalanması olan isidici prosedurdur. Qan dövranını və toxumalarda maddə mübadiləsini yaxşılaşdırmaq, həmçinin patogen mikrofloranın inkişafının qarşısını almaq məqsədi ilə tətbiq edilir.
- UVÇ-terapiya – ultrayüksəktezlikli elektromaqnit sahəsinin istifadəsini əhatə edən fizioterapiya növüdür. İltihab, travma, radikulit və nevralgiya müalicəsi üçün istifadə edilir