Ozonoterapiya

Ozonoterapiya

Ozonoterapiya

Ozon (O3)- (yunanca “qoxuyan”) oksigenin aktiv forması olub, atmosferdə günəşin ultrabənövşəyi şüalarının və elektrik boşalmalarının oksigenə təsiri nəticəsində yaranır. Ozon hər yerdə həyatı ultrabənövşəyi şüalardan qoruyan təbii faktordur. Ozon oksidləşdirici xüsusiyyətinə görə oksigendən 16.5 dəfə aktivdir, buna görə də orqanizmi oksigenlə daha yaxşı zənginləşdirir. Ozonoterapiyada tibbi ozondan istifadə olunur. İstifadə olunan ozon-oksigen qarışığı 0.05%-10% ozondan və 99.5%-90% tibbi oksigendən ibarət olub, güclü müalicəvi və profilaktiki təsirə malikdir. Ozonun iştirakı ilə eritrositlər oksigeni 10 dəfə çox özünə birləşdirə və daşıya bilir, buna görə də ozonoterapiyadan sonra qanın rəngi al-qırmızıya doğru dəyişir.

Müasir təbabətdə xəstəliklərin müalicəsi və qarşısının alınması, orqanizmin həyat gücünün yüksəldilməsi məqsədi ilə istifadə olunan  ozonoterapiya təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq, nəinki xəstəliklərin malicəsinə şərait yaradır, eləcə də, orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası, xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlığına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.
Ozonoterapiyada tibbi ozondan istifadə olunur. İstifadə olunan ozon-oksigen qarışığı 0.05%-10% ozondan və 99.5%-90% tibbi oksigendən ibarət olub, güclü müalicəvi və profilaktiki təsirə malikdir.
Ozon oksigen qarışığını qana yeritdikdə orqanizmin bir sıra kaskad biokimyəvi proseslərin işə salınması və ya aktivləşməsi baş verir. Buna görə də ozon-oksigen qarışığını qəbul edən insan güc, enerji  gəlişi hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu hal ildırımlı, yağışlı havadan sonra meşədə  gəzən hər kəsə məlumdur . Təmizlik, yüngüllük, təravətlilik hissini havada olan ozon molekulları yaradır.

Ozonun müalicəvi təsiri

Ozon qana yeridildikdə qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, orqanizmə zərərli təsir göstərən maddələri, sidik cövhərini, xolosterin və şəkərin artığını birləşdirərək xaric edir, kiçik arteriya və kapilyarlarda qan dövranını yaxşılaşdırır, qanı oksigenlə zənginləşdirir, orqanizmdə pozulmuş tarazlığı bərpa edir, orqanların fəaliyyətini yaxşılaşdırır. Nəticədə yorğunluq və baş ağrıları keçir, daxili orqanlarda diskomfort hissi itir, yuxu normallaşır, ümumi səhhət, yaddaş və diqqət yaxşılaşır, iş qabiliyyəti artır. Ozonoterapiya ətraf mühitin xoşagəlməz faktorlarına qarşı orqanizmin müqavimətini artırır. Ozonun terapevtik dozaları insan orqanizminə geniş diapozonlu müalicəvi təsir göstərir, bütün növ bakteriyalara, viruslara,  göbələklərə və ibtidailərə məhvedici təsir göstərir.

Hamiləlik zamanı ozonoterapiya
Ozonoterapiya hamilələrin əhvalını tez bir zamanda yaxşılaşdırır; iştaha artır, yuxu normallaşır, təngənəfəslik və oyanıqlıq azalır. Hamilələrdə anemiyanın, toksikozların, xroniki  infeksiyaların, düşük təhlükəsinin, dölün inkişafdan qalmasının klinik gedişinə müsbət təsir göstərir. Yeni doğulmuş uşaqların ətraf mühitə adaptasiyasını yaxşılaşdırır, analarda laktasiyanı artırır.

Ozonoterapiyanın metodları
Xəstəlikdən asılı olaraq, ozonoterapiyanın müxtəlif metodlarından istifadə edilir. Əsasən, ozonlaşdırılmış fizioloji məhlulun vena daxilinə yeridilməsi metodu geniş istifadə olunur. Müalicə məqsədi ilə sistem təsirə malik böyük və kiçik ozonohemoterapiyadan da istifadə edilir.                  ?
Bundan əlavə, ozon-oksigen qarışığını dərialtı, əzələdaxili, rektal, vaginal, oynaqdaxili və oynaqətrafı, ozon kameraları şəklində dəriüstü (bağlı mühitdə qazlaşdırma), materialları (distillə edilmiş su, bitki yağı) ozonlaşdırmaqla xaricə və daxilə istifadə etmək olar.

Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə fərdi olaraq (çəkidən, yaşdan, xəstəliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi, ozonoterapiyanın da göstəriş və əks göstərişləri var.