Qastroskopiya

Qastroskopiya

Qastroskopiya

Qastroenterologiya mədə-bağırsaq traktının qida borusu, mədə, 12-barmaq bağırsaq, bağırsaq, qaraciyər, öd kisəsi, mədəaltı vəz kimi orqanların xəstəliklərinin diaqnostikasını, müalicəsini və profilaktikasını əhatə edən tibb sahəsidir. Qastroentorologiya həmçinin qara ciyər və öd yolları xəstəliklərini tədqiq edən və ayrıca bir sahə olan hepatologiyanı ehtiva edir. Aysmed klinikasında mədə-bağırsaq orqanları xəstəliklərinin diaqnostikası üçün aşağıda qeyd olunan müayinə metodları istifadə olunur:

 

  • Qara ciyərin, öd kisəsinin, mədəaltı vəzin ultrasəs müayinəsi və qarın boşluğu damarlarının dupleksskanı;
  • Endoskopik müayinələr – qastroskopiya (helicobacter Pylori testinin keçirilməsi ilə bərabər), duodenoskopiya, rektosiqmoskopiya, kolonoskopiya. Hər bir metod xəstəliyin kliniki gedişatı ilə əlaqəli əlavə və daha dəqiq məlumatın alınmasını təmin edir. 

 

Aysmed klinikasında Siz mədə-bağırsaq traktının orqanlarının dolğun və hərtərəfli müayinələrindən keçib, yüksək peşəkarlığa malik qastroenteroloqların xidmətlərindən faydalana bilərsiniz.