Elektrokardioqramma (EKQ) – ürəyin bioelektrik aktivliyinin müayinə üsuludur. Həm yaşlı insanlarda, həm uşaqlarda kardioloji diaqnostikanın ən yayılmış metodudur.
EKQ-yə göstərişlər:
- İstənilən ürək xəstəlikləri (aritmiyalar, ürək çatmamazlığı, ürək qüsurları, infarkt və s.)
- 40 yaşdan sonra ildə 1 dəfə
- Hiperxolesterinemiya (qanda xolesterinin yüksəlməsi)
- İstənilən cərrahi müdaxilədən əvvəl
Exokardioqrafiya (EXO-KQ) - ürəyin ultrasəs müayinəsidir. Hər hansı bir üzvü yaxud funksional patologiyanı aşkar etmək üçün EKQ müayinəsi kifayət deyil və mütləq EXO-KQ müayinəsindən keçmək məsləhətdir.
- Ürəyin anatomik quruluşu və qapaq aparatı,
- Ürək əzələsinin vəziyyəti,
- Qanın kameralarda hərəkəti,
- Sistolik və diastolik funksiyalar,
- Perikard boşluğunun vəziyyəti haqqında çox dəqiq məlumatlar əldə etmək mümkündür. Hər bir halda müayinə Kardioloq tərəfindən aparılır və dəyərləndirilməlidir.
Sağlamlığınız sizin sərvətinizdir!