Müalicəvi massajın məqsədi müxtəlif zədələri və xəstəlikləri müalicə etməkdir. Onun tətbiqi orqanizmdəki funksional pozuntuların xarakterindən asılı olaraq dəyişir. Bu masajın özünəməxsus metodikası, göstəricisi var. Müalicəvi massaj fizioterapevtik müalicənin ən məşhur və effektli metodlarından biri olaraq, həm ümumi, həm də lokal olur.
Müalicəvi massajın təsiri çoxşaxəlidir: ürək-damar sistemini möhkəmləndirir, qan dövranını, ürəyin işini yaxşılaşdırır, stress, yorğunluq, durğunluğu və psixoemosional həyəcanı aradan qaldırır, oynaq və dayaq-hərəkət aparatına müsbət təsir göstərir, mərkəzi və periferik əsəb sisteminə xeyirlidir, maddələr mübadiləsini yaxşılaşdırır, sağlamlığı möhkəmləndirir, immuniteti stimullaşdırır.
Müalicəvi masaj müxtəlif xəstəliklərin profilaktikası üçün həm sağlam adamlara, həm də bronxial astma, radikulit, iflic, osteoxondrozdan əziyyət çəkən xəstələrə çox kömək edir.