Terapiya ağciyərlərin və bronxların, ürəyin və damarların, mədə-bağırsaq traktının və qaraciyərin, oynaqların, əzələlərin və sümüklərin xəstəliklərini birləşdirən daxili xəstəliklərin diaqnostikası və konservativ müalicəsi ilə məşğul olan tibb sahəsidir. Aysmed klinikası həkim-terapevtləri diaqnozun qoyulması məqsədi ilə ilkin qəbul zamanı müayinə planı müəyyən edir, ehtiyac yarandıqda dar ixtisaslı mütəxəssislərə yönəldir və müayinələrin nəticələri əldə edildikdən sonra xəstəliyin kompleks müalicəsi proqramını tərtib edirlər. Aysmed klinikası həkim-terapevtləri aşağıdakı xəstəliklərin diaqnostikasını və müalicəsini həyata keçirir:
- Kəskin respirator xəstəliklər (qrip, adenovirus infeksiyaları, kəskin bronxit, pnevmoniya və s.);
- Tənəffüs orqanlarının xəstəlikləri (xroniki bronxit, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, plevrit, bronxoektatik xəstəlik və s.);
- Ürək-damar sisteminin xəstəlikləri (yüksək arterial təzyiq- arterial hipertenziya (hipertoniya xəstəliyi), ürəyin işemik xəstəliyi (stenokardiya, post-infarkt vəziyyətlər), ürək ritminin pozuntuları (aritmiyalar), ürək çatışmazlığı və s.);
- Mədə-bağırsaq orqanlarının xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağının xora xəstəliyi, kəskin və xroniki pankreatit, kəskin və xroniki xolesistit, öd daşı xəstəliyi, enterit, kolit və s.);
- Sidik-cinsiyyət sistemi xəstəlikləri (kəskin və xroniki sistit, kəskin və xroniki piyelonefrit, kəskin və xroniki qlomerulonefrit, sidik daşı xəstəliyi, böyrək çatışmazlığı və s.);
- Qan sisteminin xəstəlikləri (müxtəlif növ anemiyalar, laxtalanma sisteminin pozuntuları (hemofiliya, hemorragik diatez və s.) ;
- Endokrin xəstəliklər və maddələr mübadiləsinin pozuntuları (qalxanabənzər vəzin, böyrəküstü vəzlərin və hipofizin xəstəlikləri, ateroskleroz, lipid (yağ) mübadilənin pozuntuları və s.);
- Revmatik və sistem xəstəlikləri (revmatoid artrit, podaqra, oynaq ağrıları, osteoartrit, sistemli qırmızı qurd eşənəyi (QQE), Bexterev xəstəliyi (ankilozlaşan spondiloartrit), sistemli sklerodermiya və s.)