USM

USM

USM

Ultrasəs müayinə – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodudur. Metodun təməlini, insan orqanizminin toxumalarından keçib, həmin toxumaların sıxlığından asılı olaraq fərqli şəkildə əks olunan, ultrasəs dalğalarının ötürülməsi təşkil edir.

 

Son illər ərzində, Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların Ultrasəs müayinəsi geniş istifadə edilir.
Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultra səs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.

Doppleroqrafiya - Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilər. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.

 

  • Qarın boşluğu orqanlarının müayinəsi
  • Sidik-ifrazat sistemi orqanların müayinəsi
  • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi 
  • Neyrosonoqrafiya müayinəsi
  • Ginekoloji USM
  • Kişi cinsiyyət sistemi orqanlarının müayinəsi (transabdominal) 
  • Endokrin sistemi vəzinin müayinəsi
  • Göz dibi müayinəsi
  • Süd vəzi müayinəsi 
  • Hamiləliyin təyini və detallı müayinəsi
  • Arerial və venoz dopler müayinəsi 

Əksər nayihələrin ultrasəs müayinəsi heç bir ön hazırlıq tələb etmir, lakin  müəyyən nayihələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara riayət etmək lazımdır.

  • Qarın boşluğunun ultrasəs müayinəsi 8-12 saatlıq aclıqdan sonra aparılır.  Bu qayda qarın boşluğu orqanlarının (ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq) tək-tək müayinəsinə də aiddir.
  • Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
  • Ginekoloji transvaginal ultrasəs müayinəsi üçün sidik kisəsi boş olmalıdır.
  • Süd vəzi müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.