Kolposkopiya

Kolposkopiya

Kolposkopiya

  • Ginekoloqa uşaqlıq boynunu, uşaqlıq yolun divarlarını və xarici cinsiyyət orqanlarını (vulva) anormal (atipik) hüceyrələrin olub- olmaması üçün qiymətləndirməyə imkan verən diaqnostik bir prosedurdur. Tədqiqat işıqlandırması olan xüsusi bir mikroskop ilə toxumaları dəfələrlə böyüdən və ən kiçik dəyişiklikləri aşkar etməyə imkan verən kolposkopdan istifadə edərək aparılır. Təfərrüatlı görüntü hesabına həkim yenitörəmələri aşkar edə, yerlərini, ölçülərini və konturunu, səth xüsusiyyətlərini təyin edə bilər. Prosedura ağrısızdır, xüsusi hazırlıq tələb etmir. Bu müayinənin əsas məqsədi epitel hüceyrələrində atipiya əlamətlərinin olub-olmamasını müəyyən etməkdir. Əgər kolposkopiya zamanı ginekoloq hər hansı bir dəyişikliklər görərsə, zədələnmiş sahələrdən toxuma nümunələri (biopsiya) götürə bilər. Kolposkopiya uşaqlıq boynu, uşaqlıq yolu və xarici cinsiyyət orqanlarında patoloji proseslərin əksəriyyətini böyük dəqiqliklə görməyə imkan verən ən yaxşı diaqnostik metodlardan biridir. O, orqanlarda xərçəng prosesinin erkən diaqnostikası üçün əvəzolunmazdır.