Simptomları - bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə xəstəlik adətən nəzərə çarpacaq deformasiya olduqda aşkar edilir. Uşaqların xarici görünüşünə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır.
- Bir çiyinin və ya bud-çanaq oynağının digərindən yuxarıda yerləşməsinə
- Bir kürək sümüyünün digərindən yuxarıda yerləşməsinə
- Önə doğru əylikdikdə bu əlamətlərin daha çox nəzərə çarpmasına
- Bir qolun və ya ayağın digərindən uzun olmasına
- Bud-çanaq oynağında olan assimetriya.