Pap smear analizi nədir?

Pap smear analizi nədir?

Pap smear analizi nədir?
Pap smear testi qadınlarda uşaqlıq boynu hüceyrələrini yoxlamaq üçün edilən skrininq müayinəsidir. Bu analiz sayəsində uşaqlıq boynunda yaranan hüceyrə dəyişiklikləri erkən mərhələdə aşkarlana bilər.

Nə üçün vacibdir?
• Erkən mərhələdə Uşaqlıq boynu xərçəngi riskini aşkar edir
• Hüceyrə dəyişikliklərini vaxtında müəyyən edir
• Müalicəyə erkən başlamağa imkan yaradır

Kimlər etməlidir?
• 21 yaşdan yuxarı qadınlar
• Aktiv cinsi həyatı olan qadınlar
• Həkim məsləhətinə əsasən mütəmadi olaraq

Niyə tez-tez edilməlidir?
Adətən 3 ildə bir dəfə tövsiyə olunur, lakin həkim fərdi vəziyyətə görə fərqli interval təyin edə bilər.