Müalicəvi masajın faydaları:
- Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəciklərin geriyə sorulması baş verir və bununla da ürəyimizin işini həddindən artıq rahatlandırır.
- Masaj zamanı bədəndə xoşbəxtlik hormonları çoxalır, ağrılar azalır və ən əsası insan stressdən uzaqlaşır, yuxusu dərinləşir.
- Masaj əzələlərin qanla təchizatını yaxşılaşdırır, bununla da əzələ qıcolmalarını aradan götürür.
- Sinir inervasiyasının pozulması nəticəsində ayaqlarda, qollarda nazikləşmələr baş verir, bu zaman masaj ən səmərəli müalicə vasitəsidir.
- Masaj piylərin əridilməsinə səbəb olur,məsələn qarının,kürək altı piylərin və s. həddindən çox önə çıxması zamanı masaj faydalıdır.
- Sellülitlərin yox edilməsi üçün də masaj faydalıdır.
- Bütün bədənin başdan başa ən azı saat yarım masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur.