5 aya qədər uşaqlarınıza Sadəcə ana südü verin. (ana südü ile doymayan uşaqlara hazır qidalar verilməlidir).
- Uşaq 5 ayını tamamladıqdan sonra Əlavə qidaya keçilir.
- Hər yeni qidaya tək-tək başlanmalı ve Çox az miqdarda verilməlidir.
- Uşağım mənimsəməsinə uyğun olaraq 3-4 gün içərisində miqdarı artırılmalıdır.
- Yeni bir qidaya 2 gün sonra başlanmalıdır. Bu cür qidalanma İlə usağın qida maddəsinə olan allergiyası müəyyən edilir.
- İlk dəfə veriləcək qidalar uşaq ac olarkən, günorta yuxusundan sonra verilməlidir.
- Uşaq istəmədiyi qidanı alması üçün məcbur edilməməlidir. Bir sürə ara verib 2-3 həftənsonra tekrar verilə bilər.
- Əlavə qidalar gündə 1 dəfə olaraq başlanılır, sonra gündə 3-4 defeye çıxılır.
- Əlavə qidaya keçərkən əvvəlcə tərəvəz, meyvə, qatıq İstifadə olunur. Daha sonra tərəvəz supu, meyvə qarışımı kimi Çoxlu qarışıqlar verilir.
- Əlavə qida hazırlanarkən mövsümə uyğun meyvə-tərəvəzlərin istifadəsinə diqqət edilməlidir.
- Uşaq üçün hazırlanan yeməklər 2 saat ərzində qəbul edilməlidir. 2 saatdan artıq otaq tempraturunda qalan yeməklər İstifadə olunmamalıdır.
- Meyvələr verilərkən çiy şəkildə verilməlidir.
- 8- ci aydan sonra blender istifadəsi məhdudlaşdırılmalıdır.
- 1 yaşına qədər yumurtanın ağı, inək südü, bal, şirni, tomat İstifadə olunmamalıdır.