Elektrokardioqram (EKQ) ürəyin elektrik fəaliyyətini qeyd edən tibbi müayinədir.
Sinəyə, qollara və ayaqlara kiçik elektrodlar yapışdırılır və cihaz ürəyin ritmini və işləməsini qrafik şəklində göstərir.
Bu müayinə:
ağrısızdır,adətən 5–10 dəqiqə çəkir,şok vermir,
sadəcə ürəyin siqnallarını “oxuyur”.
EKQ nə üçün edilir?
ürək ritm pozğunluqlarını,
infarkt əlamətlərini,
ürək döyüntüsünün çox sürətli/yavaş olmasını,
bəzi ürək böyümələrini və digər problemləri yoxlayırlar.