Hipertəzyiq bədəndəki digər ciddi nasazlıqların siqnalı ola bilər. Yüksək qan təzyiqi müstəqil bir xəstəlik deyil, bir simptomdur. Hipertoniyanın ilk mərhələlərində hələ də vəziyyəti dərman istifadə etmədən düzəltmək olar.
BiG.AZ xəbər verir ki, 29 sentyabr Ümumdünya Ürək Günü ilə bağlı olaraq, "Aysmed" klinikasının kardioloqu Fatma Qasımova hipertenziya (yüksək qan təzyiqi) ilə mübarizə və əhalinin maariflənməsi məqsədilə vətəndaşların təzyiqini ölçüb, zamanında düzgün kömək göstərilərək "səssiz qatil"ə qalib gəlməyə səsləyib.
Həkimin sözlərinə görə, əksər hallarda həyat tərzini tənzimləmək, pəhrizi nəzərdən keçirmək və pis vərdişlərdən imtina etmək kifayətdir. Məsələn, siqareti tərgitmək çox önəmlidir. Bəzi hallarda hipertəzyiqin səbəbləri müntəzəm olaraq çox artıq qida qəbul etmək, pəhrizdə həddindən artıq duz, spirtli içkilər, az hərəkətlilik və ya tamamilə hərəkətsizlikdir.