"Aysmed" klinikasının həkim heyəti Qubada yerləşən Karia Tibb Mərkəzində ayda bir dəfə pasientləri qəbul edəcək

"Aysmed" klinikasının həkim heyəti Qubada yerləşən Karia Tibb Mərkəzində ayda bir dəfə pasientləri qəbul edəcək

"Aysmed" klinikası ilə Karia Tibb Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sonxeber.az xəbər verir ki, memoranduma əsasən, "Aysmed" klinikasının həkim heyəti Qubada yerləşən Karia Tibb Mərkəzində ayda bir dəfə pasientləri qəbul edəcək.

İlk ezamiyyə səfərində ginekoloq Gülnarə İsmayılova, pediatr Xəyalə Nağıyeva, karfdioliq Fatma Qasımova, USM həkimi Hürü Əliyeva, oftalmoloq Türkan Əfəndiyeva, endokrinoloq Turan Kərimova pasientləri müayinə edərək müalicə təyin ediblər.

Qubaya növbəti səfər 29 yanvar 2023-cü il tarixində baş tutacaq.

Həkimlərin qəbuluna yazılmaq üçün qeydiyyatdan keçməyi unutmayın.