Aysmed klinikası Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlər üçün aksiya təşkil edir.
Bu barədə Teleqraf.com-a klinikanın direktorunun birinci müavini, tanınmış jurnalist İradə İsaq məlumat verib. O bildirib ki, jurnalistlər və onların övladlarını 22 iyul media günündə pulsuz həkim müayinələrindən keçirəcəklər. Həmçinin, analizlər və kompüter avadanlıqları ilə yoxlama zərurəti yarananlara da 20 faiz güzəştlə bu prosedurları həyata keçirəcəklər.
Aksiyadan yararlanmaq istəyən mətbuat işçiləri vəsiqələrini təqdim etməklə, 22 iyulda özlərini və övladlarını müayinə etdirə bilərlər.