Amma bəzi valideynlər bizə “Uşağımın immuniteti aşağıdır, doktor, bəzi ‘vitamin’, ‘kokteyl’” – belə deyək dırnaqarası şəkildə, “venadaxili verək” söyləyirlər. Amma bu heç bir protokollarda yoxdur, heç bir tədqiqatlarda sübut olunmayıb.
Ona görə də bəzi qrup vitaminlərin, C, B və yaxud hətta bəzən hormonal preparatların vena daxili vurulub da uşağın immunitetini qaldıracağını, iştahını artıracağı haqqında valideynlərin fikri var. Düzgün deyil.
Onsuz bunlar suda həll olunan vitaminlər olduğu üçün sidiklə rahat çıxacaqlar. Yəni onların defisiti orqanizmdə yoxdursa, onları vermək heç bir halda doğru deyil.
Və immuniteti aşağı olan, yəni elə düşünən analar var ki, onun vurulmasını istəyirlər heç bir halda bizə yardım etməz.
Əgər həqiqətən də uşaqda tez-tez xəstələnmə halları varsa və yaxud da uşaq iştahsızdırsa və yaxud uşaq çəkini artırmırsa, bu heç bir halda “sistemlə” – belə deyək, el arasında deyilən bir söz, düzəlməz və heç bir halda elə bir sistemləri edib özünüzü aldatmayın.
Altda yatan ciddi bir xəstəlik ola bilər, onun normal həkim tərəfindən araşdırılması və doğru düzgün müayinələrlə diaqnozun qoyulması lazımdır.