Ginekologiya qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasını və müalicəsini tədqiq edən elmdir.
Ginekologiya aşağıdakıları daxil edir:
■ Uşaq və yeniyetmə ginekologiyası;
■ Cərrahi ginekologiya;
■ Ginekoloji endokrinologiya.
Cinsi yetkinlik dövründən başlayaraq klimakterik perioda qədər qadın orqanizminin fizioloji fəaliyyətinə məhz həkim-ginekoloq nəzarət edir.
Aysmed klinikası yüksək peşəkarlığa və qadın reprodukiv sistemi xəstəliklərinin müalicəsi sahəsində geniş təcrübəyə malik həkim-ginekoloqları sizə aşağıdakı problemlərin həllində kömək edəcəklər:
■ Cinsi yolla yoluxan xəstəliklər (xlamidioz, ureaplazmoz, mikoplazmoz, trixomoniaz, genital herpes);
■ Bakterial vaginoz;
■ Vulvovaginal kandidoz;
■ Vulvovaginit, servisit, endometrit;
■ Servikal kanalın polipləri;
■ Poliplər, endometrium hiperplaziyası;
■ Menstrual siklin pozulması;
■ Uşaqlıq boynunun xəstəlikləri;
■ Uşaqlıq mioması;
■ Yumurtalıqların sistləri;
■ Endometrioz;
■ Sonsuzluq;
■ Kontrasepsiya (qorunma) metodunun seçimi;
■ Predmenstrual sindrom;
■ Vulva xəstəlikləri;
■ Postmenopauzal atrofik vaginit;
■ Vulvanın skleroatrofik lixeni (krauroz) ;
■ Menopauza (klimaks) dövrünün başlanması ilə əlaqəli problemlər;
■ Uşaqlıqdan kənar hamiləlik.
Ginekologiyanın mamalıq ilə, yəni, dölün daşınması, doğuş və doğuşdan sonrakı dövrləri əhatə edən müddət üçün məsul olan, elm sahəsi ilə sıx bağlantısı vardır. Həkimlərimiz hamiləlik təqibində sizə müvafiq yardımı göstərəcəklər.